Rakitiç: "Bütün gecələr həmin epizodu düşünəcəyəm"

Rakitiç: "Bütün gecələr həmin epizodu düşünəcəyəm"
AVRO-2012 19 İyun 2012 / 16:30 2629
-  A +

Xorvatiya milli komandasının yarımmüdafiəçisi İvan Rakitiç "Avro-2012"də dünən qarşılaşdıqları İspaniya ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına açıqlama verən Rakitiç 1/4 finala çıxmaq üçün əllərindən gələni etdiklərini bildirib:

"İspaniya ilə oyunda karyeramı dəyişdirə biləcək bir fürsəti boşa verdim. Kasilyasla təkbətək mübarizədən qalib ayrıla bilmədim. Bütün gecələr həmin epizodu düşünəcəyəm. Hər kəs gördü ki, İspaniya ilə oyunda 1/4 finala çıxmaq üçün əlimizdən gələni etdik. Ən yaxşı halda mübarizə apardıq. Lakin alınmadı. Bununla belə, azarkeşlərimizə təşəkkür edirik. Onlar hər zaman bizim yanımızda idilər".

Qeyd edək ki, C qrupunun son oyununda İspaniyaya 0:1 hesabı ilə uduzan Xorvatiya mübarizəni erkən dayandırmalı olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı