Roy Hocson Runini Peleyə bənzətdi

Roy Hocson Runini Peleyə bənzətdi
AVRO-2012 19 İyun 2012 / 14:15 2324
-  A +

İngiltərə milli komandasının baş məşqçisi Roy Hocson cəzası bitdiyi üçün bu gün Ukrayna ilə matçda meydana çıxacağı gözlənilən Ueyn Runiyə böyük ümidlər bəsləyir.

Qol.Az-ın məlumatına görə, Hocson “Mançester Yunayted”in hücumçusunu hətta “futbol kralı” Pele ilə müqayisə də edib: “Əgər Pelenin oyununu xatırlasanız, görərsiniz ki, o, ən çətin anlarda və dünya çempionu adını qazanmaqda komandasına hansı köməyi edib. Ümid edirəm ki, Runi bizə həmin köməyi göstərəcək. Əgər Ueyn bunu etsə, İngiltərə “Avro-2012”də çox irəliləyəcək”.

Hocson Runinin nəyə qadir olduğunu hər kəsin bildiyini söyləyib: “O, gerçəkdən də bizim hücum xəttimizi gücləndirəcək. Runi dünya səviyyəli futbolçudur. Mən onun gözlərindən oxuyuram ki, o, meydana çıxmaq üçün necə alışıb-yanır”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı