“Xəzər-Lənkəran” “Qəbələ”ylə matçın hazırlıqlarını intensivləşdirib

XƏBƏR 30 Aprel 2009 / 21:15 2080
-  A +

 Lənkəranda bazar günü keçiriləcək “Qəbələ” oyununun hazırlığını sürdürən “Xəzər Lənkəran” baş məşqçi İqor Ponomaryovun planına əsasən dünən bir dəfə məşq edib. Qol.Azın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bugün isə futbolçuları həm səhər, həm də axşam məşqə çıxıblar.

Komandanın heyətində yeganə itki Junior Osvaldodur. 26 yaşlı braziliyalı yarımmüdafiəçi ötən tur “İnter”lə görüşdə baldır əzələsini zədələmişdi. Komandanın həkimi boris Xetaqurovun dediyinə görə, “Xəzər Lənkəran”ın pleymeykeri təxminən 10 gün müalicə olunmalıdır. Artıq Juniorun “Qəbələ” ilə oyunu buraxacağı dəqiqdir. Həkimlər onu “Qarabağ” matçına kimi ayaq üstə qaldırmağa səy göstərirlər. 

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord