Ruslan Abışovun “Xəzər Lənkəran”da geyinəcəyi nömrə məlum oldu

Ruslan Abışovun “Xəzər Lənkəran”da geyinəcəyi nömrə məlum oldu
XƏBƏR 16 İyun 2012 / 21:22 4082
-  A +

“Xəzər Lənkəran”ın əzəli rəqibi “Neftçi”dən böyük səs-küylə transfer etdiyi Ruslan Abışovun yeni klubunda hansı nömrəli forma altında çıxış edəcəyi məlum olub.

Qol.Az-ın əldə etdiyi məlumata görə, Abışov sabiq klubunda olduğu kimi, “Xəzər Lənkəran”da da 15 nömrəli formanı geyinəcək. Düzdür, hazırda bu nömrə Tounkaraya məxsusdur. Ancaq komandanın baş məşqçisi Yunis Hüseynov legionerə boş qalmış başqa bir nömrəni götürməyi təklif edib. Böyük ehtimalla Tounkara klubdan ayrılan Katalin Domana məxsus olan 7 nömrəli futbolkanı seçəcək.

Qeyd edək ki, 15 nömrə Ruslan üçün uğurlu rəqəm sayıla bilər. O, milli komanda da bu nömrə altına çıxış edir.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"