Ruslan Abışov rəsmən "Xəzər Lənkəran"da

Ruslan Abışov rəsmən "Xəzər Lənkəran"da
GÜNDƏM 16 İyun 2012 / 00:03 3560
-  A +

“Xəzər Lənkəran” klubu Azərbaycan yığma komandasının aparıcı üzvü Ruslan Abışovu rəsmən heyətinə cəlb edib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb.

Hazırda Avstriyada “Xəzər Lənkəran”ın düşərgəsində olan Abışov artıq komandanın məşqlərinə qoşulub.

2009-cu ildən etibarən milli komandanın sıralarına çağırılan və qısa müddət ərzində yığmanın liderlərinə çevrilən Abışov əsasən mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edir. Gənc futbolçu millinin heyətində yoldaşlıq oyununda Çexiya yığma komandasına, həmçinin "Avro-2012"nin seçmə mərhələsində Belçika yığmasına vurduğu qollarla da yadda qalıb.
 
Ruslan Abışov 2010/2011 mövsümündə Unibank Premyer Liqanın ən yaxşı müdafiəçisi adına layiq görülüb. Müdafiəçi 2006-2012-ci illərdə “Neftçi” klubunun heyətində çıxış edib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın