Haciyevski Cəmşid Məhərrəmovu niyə meydana buraxmayıb?

Haciyevski Cəmşid Məhərrəmovu niyə meydana buraxmayıb?
XƏBƏR 30 Aprel 2009 / 14:44 2319
-  A +

“Bakı” dünən ölkə kubokunun yarımfinal matçında “Qarabağ”la qarşılaşdı. Ötən tur “Qəbələ”ylə matçda olduğu kimi, komandanın kapitanlarından biri, milli komandamızın üzvü Cəmşid Məhərrəmov bu dəfə də meydana çıxmadı. Cəmşidin son iki matçda forma geyməməsi maraq doğurur. Çünki Məhərrəmov Haciyevskinin ən güvəndiyi isimlərdən biridir. Hətta makedoniyalı mütəxəssis hər çıxışında Cəmşidin çox yaxşı futbolçu olduğunu və öz mövqeyində ölkədə hamıdan güclü olduğunu deyir. Qol.Az-ın məlumatına görə, Cəmşidin son iki oyunda iştirak etməməsi heç də səbəbsiz deyilmiş. Məhərrəmov milli komandadan qayıtdıqdan sonra yüngül zədəsi olub və buna görə də Haciyevski riskə getməmək qərarına gəlib. Hazırda Cəmşidin hesabında 3 sarı vərəqə olduğundan, baş məşqçi futbolçunu “Simurq”la mühüm oyuna qoruyub. Çox güman ki, Məhərrəmov Zaqatala klubuna qarşı start heyətində meydana çıxacaq.         

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın