“Bakı” “Simurq”la oyunun hazırlığına başladı

XƏBƏR 30 Aprel 2009 / 13:35 2056
-  A +

Dünən ölkə kubokunda “Qarabağ”a uduzan “Bakı” bu gündən etibarən qarşıdakı “Simurq”la matçın hazırlıqlarına start verib. Qarşıdakı matç böyük əhəmiyyət kəsb etdiyindən baş məşqçi Coko Haciyevski yetirmələrinə istirahət verməyib. Qol.Az-ın məlumatına görə, “Bakı”nın üzvləri bu gün səhər məşqə çıxıblar. Komanda “Simurq”la matçın hazırlıqlarını gündəlik məşqlərlə davam etdirəcək. “Bakı” Zaqatala təmsilçisiylə oyuna itkiylə çıxacaq. Müdafiəçi Elvin Əliyev dünən “Qrabağ”la matçda qırmızı vərəqə aldığından qarşıdakı matçı buraxacaq. Son iki oyunda forma geyməyən Rafael Əmirbəyovla Cəmşid Məhərrəmovun da “Simurq”a qarşı oynaması gözlənilir.     


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord