Rəşad Sadıqovun komanda yoldaşı əvəzedici heyətə göndərildi

Rəşad Sadıqovun komanda yoldaşı əvəzedici heyətə göndərildi
XƏBƏR 30 Aprel 2009 / 12:45 2176
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin “Kocaelispor” klubu həftə sonu superliqanın XXX turu çərçivəsində səfərdə “Konyaspor”un qonağı olacaq. Qol.Az-ın məlumatına görə, hazırda təhlükəli zonada qərarlaşan İzmit təmsilçisi üçün bu matç həyatı önəm daşıyır. Son turda “Antalyaspor”u məğlub edərək yenidən ümidlənən “Kocaelispor”un hələ də superliqada qalmaq şansı var. Bunun üçün komanda ilk növbədə “Konyaspor”u məğlub etməlidir. “Kocaelispor” qarşıdakı matçın hazırlığını gündəlik məşqlərlə davam etdirir. Lakin İzmit təmsilçisi “Konyaspor” önünə ciddi itkiylə çıxacaq. Komandanın əsas qapıçısı hesab olunan Sərdar Kubilge qarşıdakı matçda meydana çıxmayacaq. Təcrübəli qokliper klub rəhbərliyinin qərarına əsasən mövsümün sonunadək əvəzedici heyətə göndərilib. Səbəb kimi isə Kubilkgenin özünü intizamsız aparması, daxili ab-havanı pozması göstərilib.        

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı