2009-cu il aprelin 1-də Portuqaliya və Azərbaycanın futbol yığmaları arasında keçirilməsi nəzərdə tutulan beynəlxalq yoldaşlıq görüşü baş tutmayacaq. Bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Portuqaliyalılar bir müddət öncə milli komandamızı qəbul etməyə hazır olduqlarını bildirsələr də, sonradan təklifdən imtina ediblər.
“Biz Portuqaliya Futbol Federasiyasının rəsmilərinə dəfələrlə müraciət göndərdik. İlkin razılıq əldə etməyimizə baxmayaraq, qarşı tərəf qeyri-müəyyən səbəbdən fikrindən daşınıb” - deyə Məmmədov vurğulayıb.
Baş katib hazırda gələn ilə yoldaşlıq görüşləri üçün rəqib axtardıqlarını söyləyib: “Yığmamızın ilk yoldaşlıq matçı fevralın 11-də olacaq. Bir sıra komandalarla danışıqlar aparırıq. Biz həmin tarixdə səfərdə oynamaq istəyirik”.
Məmmədov bildirib ki, aprelin 1-də də milli komandamız rəqibsiz qalmayacaq: “1 aprel FİFA tərəfindən yoldaşlıq oyunları üçün ayrılmış “pəncərə”dir. İnanıram ki, tezliklə uyğun rəqib tapacağıq. Çünki gələn il martın 28-də dünya çempionatının seçmə mərhələsində Rusiya ilə qarşılaşmadan sonra boş oturmaq məqsədəuyğun deyil. Çalışırıq ki, milli komandamız 4 gündə 2 matç keçirməyə öyrəşsin”.
Mənbə: apasport.az
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video