Löv: "1/4 finalın qapısını araladıq"

Löv: "1/4 finalın qapısını araladıq"
AVRO-2012 14 İyun 2012 / 03:19 2621
-  A +

"Ölüm qrupu"nda 6-cı xalımızı qazandıq. Bu, çox yaxşı oldu. Demək olar ki, 1/4 finalın qapısını araladıq. Artıq növbəti həftə nə edəcəyimizi yaxşı bilirik. Komandamda isə hər şey qaydasındadır".

Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv Hollandiya ilə oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis oyun zamanı havanın çox isti olmasından gileylənib: "Oyun zamanı havanın hərarəti çox yüksək idi ki, bu da futbolçuların tez yorulmasına səbəb oldu. Bununla belə, oyunun tempi yüksək idi.

Düzünü deyim, müdafiədə çox yaxşı oynamadıq. Çünki hollandiyalı futbolçuların qarşısını almaq elə də asan deyil. Məhz buna görə də dünyanın ən yaxşı hücumçularından biri (Van Persini nəzərdə tutur) qapımıza yol tapdı".  


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı