Marvyik: "Müdafiədə çox bərbad oynadıq"

Marvyik: "Müdafiədə çox bərbad oynadıq"
AVRO-2012 14 İyun 2012 / 02:43 2399
-  A +

"Əgər Almaniya millisini məğlub etmək istəyirsənsə, o zaman meydanda ağalıq etməlisən. Yalnız bu halda hansısa uğura nail ola bilərsən".

Qol.Az-ın məlumatına görə, bu sözləri Hollandiya millisinin baş məşqçisi Bert van Marvyik Almaniya ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

Hollandiyalı mütəxəssis komandasının oyunundan narazı qaldığını bildirib: "İlk 20 dəqiqədən sonra müdafiədə çox bərbad oynadıq. Almaniya ilk qolu heç nədən qapımıza vurdu.

Komandada bir neçə futbolçu formasından çox uzaqdır. Cinahlarda da oyunumuz heç alınmadı. Belə oyunla Almaniyaya qarşı heç nə etmək olmazdı. Robben və Affelay da sürətlərinə rəğmən heç nə ilə yadda qalmadılar".


Son xəbərlər