"Qəbələ" yığma ilə sülh bağladı

"Qəbələ" yığma ilə sülh bağladı
XƏBƏR 14 İyun 2012 / 01:31 1392
-  A +

"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası “Dalğa Arena”da Azərbaycanın U-14 yığması ilə üz-üzə gəlib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlama məqsədi ilə keçirilən matçın ilk hissəsi “Qəbələ”nin 1:0-lıq üstünlüyü ilə yekunlaşıb.

Kənan Rəfiyev ilk yarım saatın komandasının xeyrinə yekunlaşmasını təmin edib. İkinci hissəyə də fəal başlayan tərəf “Qəbələ” olub. Bu aktivliyin nəticəsi kimi Nurlan Quliyev hesab arasındakı fərqi ikiyə çatdırıb - 2:0.

Qapısında gördüyü qoldan sonra toparlanmağa başlayan ölkə millisi matçın sonuna kimi hesabı bərabərləşdirməyi bacarıb. "Qəbələ"nin qapısından bərabərlik qolunu bu komandadan yığmaya cəlb olunmuş Azər İsmayılov keçirib. Azərdən başqa millinin heyətində “Qəbələ”ni təmsil edən Sahil Zeynalov, Baxşəli Baxşəliyev, Turan Manafov, Süleyman Süleymanov öz komandalarına qarşı mübarizə aparıblar.


Son xəbərlər