UEFA-dan Rusiya millisinə şok cəza

UEFA-dan Rusiya millisinə şok cəza
GÜNDƏM 14 İyun 2012 / 01:12 3026
-  A +

UEFA İntizam Komitəsi Rusiya millisini ağır cəzalandırıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, buna rusiyalı azarkeşlərin "Avro-2012"nin qrup mərhələsində Polşa ilə keçirilən oyundan sonra (1:1) qalmaqal yaratmaları səbəb olub.

Varşavada keçirilən Polşa - Rusiya matçından sonra yaşananları araşdıran UEFA Rusiya Futbol Federasiyasına (RFF) 120 min avro cəza kəsib. Üstəlik Rusiya millisi "Avro-2016"nın seçmə mərhələsinə mənfi 6 (-) xalla başlayacaq.
 
Lakin bu cəza şərti xarakter daşıyır. Belə ki, "Avro-2016"nın seçmə mərhələsi zamanı rusiyalı fanatlar bir daha belə hərəkətlərə yol verərsə, o zaman Rusiya millisinin aktivindən 6 xal silinəcək.

Qeyd edək ki, Rusiya Futbol Federasiyasının UEFA-nın bu qərarına 3 gün ərzində yazılı etiraz etmək hüququ var.

Daha çox


Son xəbərlər