Bentu: "Komandam qələbəyə layiq idi"

Bentu: "Komandam qələbəyə layiq idi"
AVRO-2012 14 İyun 2012 / 00:43 2082
-  A +

"Bu oyunda komandam qələbəyə layiq idi. Çünki futbolçularım bütün oyuna nəzarət edirdi. Bunun məntiqi nəticəsi kimi də qalib gəldik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu Danimarka ilə oyundan sonra (3:2) keçirilən mətbuat konfransında deyib.
 
Portuqaliyalı mütəxəssis görüşlə bağlı daha sonra bunları bildirib: "Rəqib qapısı ağzında xeyli təhlükəli vəziyyətlər yaratdıq. Lakin fasilədən sonra qol vurmaqda çətinlik çəkirdik. Əgər komandam daha öncə üçüncü qolu vursaydı, oyun elə bu hesabla da başa çatacaqdı".


Son xəbərlər