"Portuqaliya ilə oyunda ən azı bir xal qazanmalı idik"

"Portuqaliya ilə oyunda ən azı bir xal qazanmalı idik"
AVRO-2012 14 İyun 2012 / 00:36 2047
-  A +

"İndi çox qorxulu hisslər keçirirəm. Futbol adamları məni yaxşı anlayarlar".

Qol.Az-ın məlumatına görə, bu sözləri Danimarka millisinin baş məşqçisi Morten Olsen Portuqaliya ilə oyundan sonra (2:3) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bu görüşdən ən azı bir xalla ayrılmalı olduqlarını bildirib: "İlk 10 dəqiqədə yaxşı oynadıq. Lakin fərqlənə bilmədik. Əvəzində Portuqaliya millisi təşəbbüsü ələ keçirdi və qapımıza 2 dəfə yol tapdı.

Fasilədən sonra isə oyuna nəzarət bizim əlimizdə idi. Hesabı bərabərləşdirdik. Ancaq təəssüf ki, bunu sonadək qoruya bilmədik və oyundan xalsız ayrıldıq. Düşünrəm ki, bu görüşdə ən azı bir xal qazanmalı idik".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı