"Xəzər Lənkəran" Avstriyada ilk matçına çıxır

"Xəzər Lənkəran" Avstriyada ilk matçına çıxır
XƏBƏR 14 İyun 2012 / 00:01 1964
-  A +

Avstriyada toplanışda olan "Xəzər Lənkəran" məşqlərinə ara vermədən davam edir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son iki gündə "Xəzər Lənkəran"ın məskunlaşdığı Kirxdorf qəsəbəsində yağışlar ara verməsə də, gündə iki dəfə olmaqla məşqlər keçirilir.
 
Dünəndən etibarən Kiprin "Apollon" klubuna icarəyə verilmiş portuqaliyalı futbolçu Joao Paulo Pinto da komandaya qoşulub. Futbolçunun "Xəzər Lənkəran"da qalıb-qalmamasına baş məşqçi Yunis Hüseynov qərar verəcək.
 
Bu gün isə "Xəzər Lənkəran" Kirxdorf qəsəbəsinin futbol meydançasında ilk yoxlama matçına çıxacaq. Rəqibin kimliyi haqda isə yaxın günlərdə məlumat veriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın