"Neftçi" Türkiyədə ilk məşqinə çıxdı

"Neftçi" Türkiyədə ilk məşqinə çıxdı
XƏBƏR 13 İyun 2012 / 20:33 1617
-  A +

Hazırlıq prosesi keçmək üçün Türkiyənin Bolu şəhərinə yollanan "Neftçi" klubu Türkiyədə ilk məşqə çıxıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təxminən 1 saat yarım davam etmiş məşq komandanın məskunlaşdığı otelin meydançasında baş tutub.

Yüngül qaçışla başlanan məşqin əsasını fiziki tapşırıqlar təşkil edib. "Neftçi" ikinci məşqinə isə Bakı vaxtı ilə saat 20:00-da çıxıb.

 


Son xəbərlər