“Almaniya heç-heçə edəcək, Portuqaliya qalib gələcək”

“Almaniya heç-heçə edəcək, Portuqaliya qalib gələcək”
MÜSAHİBƏ 13 İyun 2012 / 18:40 3012
-  A +

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Qol.Az-a müsahibəsində bu gün axşam Avro-2012 çərçivəsində keçiriləcək Danimarka-Portuqaliya və Hollandiya-Almaniya oyunlarını dəyərləndirib

- Başlayaq Danimarka-Portuqaliya oyunundan. Sizcə, danimarkalılar ilk turdakı sürprizin davamını gətirə biləcək?

- Bu oyunda Danimarkanın sürpriz komanda olub olmadığı bilinəcək. Çünki sürpriz bir dəfə olur, iki dəfə ard-arda sürpriz olmur. Burada iki məqam var. Danimarka özünü sübut etməyə çalışacaq ki, Hollandiya üzərindəki qələbə təsadüfi deyil. Poruqaliya isə, nəyin bahasına olursa olsun, 3 xal götürməlidir. Çünki növbəti xal itkisi onları Avropa çempionatından kənar qoya bilər. Belə baxanda Danimarka üçün 1 xal da pis nəticə sayılmayacaq. Bu mənada portuqallar qarşılaşmaya psixoloji cəhətdən daha gərgin çıxacaq.

- Bəs, Hollandiya-Almaniya oyunundan nə gözləyirsiniz?

- Məlum məsələdir ki, ilk oyunda məğlub olduğundan Hollandiyaya mütləq qələbə lazımdır. Amma, çətin olacaq. Çünki Almaniya yaxşı təşkilatlanmış, nizam-intizamlı komandadır.

- Konkret proqnoz verə bilərsiniz?

- Düşünürəm ki, Hollandiya-Almaniya matçı heç-heçə başa çatacaq, Portuqaliya isə Danimarkanı məğlub edəcək.

- Ümumiyyətlə, çempionatdakı favoritiniz kimdir?

- Favoritim Almaniya, İspaniya və Hollandiya. Rusiya isə sürpriz edə bilər.

- Yeri gəlmişkən, Rusiyanın heyətində yer alan Alan Dzaqoevi turnirin kəşfi saymaq olar?

- Dzaqoev yaxşı futbolçudur. Deməzdim ki, ən parlaq oyunçusudur. Bəlkə də ondan da parlaq futbolçular var. Sadəcə, onlar özlərini tam aça bilmirlər, amma, Zaqoev hər oyunda qol vurmaqla ön plana çıxmağı bacarır. Xatirinizdədirsə, 1994-cü il dünya çempionatında Rusiya millisinin futbolçusu İvan Saenko 5 qolla çempionatın bombardiri oldu. Halbuki, Rusiya millisi qrupda qalmışdı. İndi də Zaqoev bomardirlik bacarığı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.


Anar XANLAROV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki