(R) Avropa çempionatı haqqında bilmədikləriniz

(R) Avropa çempionatı haqqında bilmədikləriniz
XƏBƏR 13 İyun 2012 / 18:10 2385
-  A +

Polşa və Ukraynada keçirilən Avropa çempionatı davam etməkdədir.

Artıq qrup mərhələsi çərçivəsində bir sıra görüşlər keçirilib. Qrup mərhələsi başa çatdıqdan sonra turnirdə final həyəcanı başlayacaq.

İdman24.com saytı isə sizlərə sözügedən turnirin yarımfinal oyununu elə yerindəcə stadiondan izləmək şansı verir.

İdman24.com saytının həyata keçirdiyi “Avro-2012”yə Pulsuz Səyahət” layihəsində iştirak edərək bu şansı əldə edə bilərsiniz. Layihənin qalibi yarışmanın baş mükafatına sahib olacaq və iyunun 27-də Ukraynanın “DonbaskArena”da keçiriləcək ilk yarımfinal oyununu canlı izləyə biləcək. Baş mükafata“Biletx” şirkəti tərəfindən Aviabilet, otel xərcləri və yarımfinal oyununa giriş bileti daxildir.

Bununla yanaşı, yarışda ikinci və üçüncü pillənin sahibləri də hədiyyələr ilə təltif ediləcək. İkinci pillənin sahibi “Himalaya Cosmetics”  tərəfindən təbii məhsullarla hazırlanmış  Himalaya kosmetika hədiyyə səbətinin, üçüncü pillənin sahibi isə “Tetra” nın təqdim etdiyi texnologiya möcüzəsi olan “TETRA – məktəbli kompyuteri”nin sahibi olacaq.

Layihə ilə daha ətraflı tanış olmaq üçün İdman24.com saytına daxil ola bilərsiniz. Hər kəsə uğurlar…

idman24.com

 


 


Son xəbərlər