“Simurq” daha bir futbolçusuyla müqaviləni yenilədi

XƏBƏR 13 İyun 2012 / 16:13 1432
-  A +

Növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdıran "Simurq" bir neçə futbolçusu ilə də müqavilələrinin müddətini artırmaqda davam edir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, Qərib İbrahimovdan sonra Zaqatala təmsilçisi Rasim Ramaldanovla yeni razılaşmanı rəsmiləşdirib. Mərkəz müdafiəçisi daha 1 il "Simurq"un kapitan sarğısını daşıyacaq.

Qeyd edək ki, 2008-ci ildən Zaqatala təmsilçisinin formasını geyinən Rasim Ramaldanov ötən mövsüm 24 qarşılaşmada forma geyinib və 2 dəfə rəqib qapıçılarını məyus edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı