Loran Blan: “Futbol fəlsəfəmiz dəyişməyəcək”

Loran Blan: “Futbol fəlsəfəmiz dəyişməyəcək”
AVRO-2012 13 İyun 2012 / 14:02 2093
-  A +

Fransa millisinin baş məşqçisi Loran Blan bildirib ki, “Avro-2012”də Ukraynaya qarşı keçiriləcək qrupun ikinci oyununda taktikalarına dəyişiklik etməyəcəklər.

Qol.Az-ın məlumatına görə, o deyib: “Əgər bizim azarkeşlər ilk oyunumuzdan məyus olublarsa, hesab edirlərsə ki, iddiamız yoxdur, o zaman ingilislərin oyunu barədə nə söyləmək olar?”

O əlavə edib ki, futbolda qələbə qazanmaq üçün müxtəlif variantlar var.

“Kimisi hücumda oynamağı üstün tutur, kimisi də müdafiəyə daha çox diqqət yetirir. Ümid edirəm ki, Ukrayna bizimlə oyunda riskə gedəcək. Onlar ilk oyunda qələbə qazandıqlarından bizimlə görüşdə “pley-off”a vəsiqəni təmin etməyə çalışacaqlar. O ki qaldı Fransaya, biz futbol fəlsəfəmizi dəyişməyəcəyik” – deyə L.Blan “The Telegraf”a bildirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord