Ruslar da “Avro-2012”nin meydançalarından şikayət etdi

Ruslar da “Avro-2012”nin meydançalarından şikayət etdi
AVRO-2012 13 İyun 2012 / 13:43 2059
-  A +

İspaniya futbolçularının ardından Rusiya millisinin oyunçuları da Polşadakı stadionların meydançalarından narazılıqlarını ifadə ediblər.

Qol.Az-ın “Sovetski sport”a istinadən yaydığı məlumata görə, Rusiya millisinin hücumçusu Sergey Kerjakov dünən Polşaya qarşı keçirilən oyundan sonra bildirib ki, Varşava stadionun meydançası bərbad halda olub.

“Mən futbolçu karyeramda hələ belə meydança görməmişdim” – deyə o bildirib.

Bu arada İspaniya millisinin qapıçısı Pepe Reyna UEFA-nı “Avro-2012”dəki meydançaların durumu ilə bağlı təcili tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, İspaniya və İtaliya milli komandalarının Polşanın Qdansk şəhərində keçirilən oyunun sonra ispanların baş məşqçisi Visente del Boske də meydançanın vəziyyətindən narazılığını bildirmişdi.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı