Rihanna və Şakira "Tofiq Bəhramov"da

Rihanna və Şakira "Tofiq Bəhramov"da
ÖLKƏ FUTBOLU 13 İyun 2012 / 11:00 3144
-  A +

Dünya şöhrətli müğənnilər - Rihanna və Şakira 17 yaşlı qızlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatının oyunlarında çıxış edəcək. 
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rihannanın çıxışı oktyabrın 5-i, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək.
 
Şakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı təşkil ediləcək.
 
Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındaki müştəri xidmətləri mərkəzində satışda olacaq.
 
Çıxışları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) təşkil edəcək. 

Buna qədər isə çempionatda daha bir məşhur müğənni - Cennifer Lopezin də çıxış edəcəyini xəbər vermişdik.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın