Smuda: "1/4 finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik"

Smuda: "1/4 finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik"
AVRO-2012 13 İyun 2012 / 02:58 2015
-  A +

"Bu oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə yaxşı oynamasaqda, fasilədən sonra meydanda üstün tərəf biz idik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Polşa millisinin baş məşqçisi Frantişek Smuda Rusiya ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis görüşlə bağlı daha sonra bunları bildirib: "Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Lakin bir xalla kifayətləndik. Ələ düşən imkanlardan yararlana bilmədik. Bu oyun göstərdi ki, Çexiyanı mütləq məğlub etməliyik. Biz də 1/4 finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı