Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya oyunlarına lisenziya qazandığı Sloveniyanın Bled şəhərində növbəti uğura imza atıb.
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, 22 yaşlı idmançımız 57-ci Beynəlxalq Reqatada qızıl medala sahib olub.
Seçmə yürüşdə kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov 2000 metr məsafəni 7 dəqiqə 58,11 saniyəyə qət edərək, finişə hamıdan birinci çatıb. O, ən yaxın izləyicisi Qoran Şpaletanı (Xorvatiya) 10,20 saniyə qabaqlayıb.
Bu nəticə ilə avarçəkənimiz birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici yürüşdə təmsilçimiz 8 dəqiqə 12,31 saniyə nəticə ilə yenə birinci olub. Bu dəfə o, ikinci yeri tutmuş Rayko Hrvatı (Argentina) 12,95 saniyə üstələyib.
Qeyd edək ki, Aleksandr Aleksandrov London olimpiadasına lisenziyanı 2011-ci il dünya çempionatında 9-cu yerin sahibi kimi qazanıb.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək