Neymar: "Messi dünyanın ən yaxşısıdır"

Neymar: "Messi dünyanın ən yaxşısıdır"
XƏBƏR 13 İyun 2012 / 01:15 2218
-  A +

"Santos" klubunun və Braziliya millisinin aparıcı futbolçusu Neymar argentinalı ulduz Lionel Messi haqda xoş sözlər deyib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Neymar Argentina - Braziliya oyunundan sonra Messini dünyanın ən yaxşı futbolçusu adlandırıb:

"Argentina ilə oyundan sonra bir daha əmin oldum ki, Messi dünyanın ən yaxşı futbolçusudur. Messiyə çox dar bir məsafə versəniz, o, həmin imkandan maksimum yararlanacaq. Messiyə heyranam. Ümid edirəm ki, bütün Argentina da onunla fəxr edir".

Qeyd edək ki, Argentinanın Braziliyanı 4:3 hesabı ilə məğlub etdiyi görüşdə Messi het-triklə yadda qalmışdı.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın