Ronaldo: "İngiltərə futbolu zirvədədir, ancaq..."

Ronaldo: "İngiltərə futbolu zirvədədir, ancaq..."
GÜNDƏM 13 İyun 2012 / 00:01 2336
-  A +

"Real" (Madrid) klubu və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo İngiltərə futbolu haqda danışıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Ronaldo İngiltərə millisinin hər zaman böyük turnirlərdə qalib gələcəyini gözlədiyini bildirib:

"İngiltərə futbolunun səviyyəsi hər kəsə bəllidir. Onlar futbolun zirvəsindədirlər və ən yaxşı komandalara sahibdirlər. Məhz buna görə də ingilislərin hər zaman böyük turnirlərdə qalib gəlməsini gözləyirdim.
 
Ancaq nədənsə bu baş verməyib. İngiltərədə çoxlu heyranlarım var. Mən də onları çox sevirəm və İngiltərənin qarşıdan gələn Avropa çempionatında uğurlu çıxış etməsini arzulayıram".

Qeyd edək ki, İngiltərə millisi "Avro-2012"nin D qrupunda Fransa, Ukrayna və İsveç yığmaları ilə mübarizə aparır.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı