“İnter”in sabiq futbolçusu, bir vaxtlar dahi Valeriy Lobanovskinin rəhbərlik etdiyi Kiyev "Dinamo"nun aparıcı futbolçularından olmuş Valentin Belkeviç Qol.Az-a müsahibə verib
- “Dinamo” (Kiyev) kimi klubu tərk edib Azərbaycana gəlişin çoxları üçün gözlənilməz olmuşdu?
- 2008-ci ildə “Dinamo”dan ayrılanda artıq 35 yaşım var idi. Bu ərəfədə Bakı “İnter”indən təklif gəldi. Təcrübəli futbolçu kimi xidmətimdən istifadə etmək istəyirdilər. Mən də razılaşdım və düşündüm ki, təcrübəmi sizinkilərlə bölüşüm.
- Ancaq mövsümü başa vurmadın?
- Oynaya-oynaya həm də məşqçilik kursunu oxuyurdum. Elə oldu ki, qışda bu lisenziyanı aldım. Baxmayaraq ki, “İnter”lə mövsümün sonuna kimi müqaviləm olsa da, qarşılıqlı razılıqla müqavilənin qalan hissəsini pozduq. Mən isə, ümumiyyətlə, futbolçu karyeramı başa vurdum.
- Hazırda nə işlə məşğulsan?
- Kiyevdəyəm, “Dinamo”nun gənclər komandasında çalışıram.
- Azərbaycan çempionatını izləyirsən?
- Düzü, buna o qədər də vaxtım yoxdur. Arada millinizin nəticələri ilə internetdən tanış oluram.
- Azərbaycan yaddaşında necə qaldı?
- Baxmayaraq ki, orada cəmi 6 ay yaşadım, xatirələrim çox yaxşıdır. “İnter”də yaxşı kollektiv və mehribançılıq idi. Bakı da kifayət qədər müasir şəhər idi. Düzdür, uyğunlaşmaq baxımından problem oldu. Çünki mənim onda daha 18-20 yox, 35 yaşım var idi.
- Bəs, futbolumuzla bağlı hansı xatirələrin qalıb?
- Mən oynadığım dövrdə Azərbaycanda meydançalar çox bərbad idi.
- “İnter” bu il Avropa Liqasında çıxış edəcək...
- Bu yaxşıdır ki, komanda iddiasını qoruyub-saxlayıb. “İnter”ə ancaq uğurlar arzulaya bilərəm.
Anar XANLAROV
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi