“Sumqayıt”ın məşqçilər korpusunda növbəti dəyişiklik

XƏBƏR 12 İyun 2012 / 18:13 1465
-  A +

“Sumqayıt”ın məşqçilər korpusunda növbəti dəyişiklik edilib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən mövsümün birinci dövrəsindən sonra futbolçu karyerasını rəsmən “Sumqayıt”da başa vuran Aqil Məmmədov dərhal əvəzedici komandada Vaqif Paşayevin köməkçisi kimi işə başlamışdı. 40 yaşlı mütəxəssis 2012/2013 mövsümündən etibarən “Sumqayıt” FK-da baş məşqçi Bernhard Raabın köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Aqil Məmmədovdan başqa Mehman Yunusov da əsas komandada köməkçi məşqçidir.

“Növbəti mövsümdən etibarən əsas komandada Bernhard Raabın köməkçisi kimi fəaliyyətimi davam etdirəcəyəm. Əsas məqsədimiz “Sumqayıt” Futbol Klubunu daha üst pillələrə daşımaq olacaq. Növbəti mövsüm üçün olduqca döyüşkən heyət qurmuşuq. Gənclərlə təcrübəli futbolçuların tandemi xeyir verəcək. Artıq komandanın heyətində Samir Abasovdan başqa, Aftandil Hacıyev və Ceyhun Sultanov kimi təcrübəli futbolçular yer alır. Fərid Quliyev, Sabir Allahquliyev və Emin Cəfərquliyev də komandamıza xeyir verəcək. Növbəti mövsüm “Sumqayıt” bütün komandalarla başabaş mübarizə aparacaq. Sonda klubun rəhbərliyinə məni bu vəzifəyə dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm”, - deyə Aqil Məmmədov klubun rəsmi saytına açıqlama verib.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı