“Buna özüm də məəttəl qaldım”

“Buna özüm də məəttəl qaldım”
MÜSAHİBƏ 12 İyun 2012 / 17:57 3235
-  A +

Bakı “İnter”inin sabiq baş məşqçisi, hazırda klubun uşaq futboluna rəhbərlik edən Valentin Xodukin “Avro-2012”nin gedişatıyla bağlı Qol.Az saytının suallarını cavablandırıb

- Yəqin ki, dünən öz həmvətənləriniz olan ukraynalılarının İsveçə qarşı çıxışını izləmisiniz. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?

- Düşdüyümüz qrup çox çətindir. Həmin qrupda Fransa və İngiltərə kimi güclü komandalar mübarizə aparır. İsveçlə oyunda bəxt Ukraniyanın tərəfində idi. Matçın son dəqiqələri bizim üçün çox təhlükəli keçdi. İsveçlilər 2-3 qol imkanı qazansalar da, istifadə edə bilmədilər. Lakin Ukrayna futbolunun canlı əfsanələrindən olan Andrey Şevçenkonun ustalığı sayəsində qalib gələ bildilər Ancaq belə bir çətin qrupda hələ nəyisə indidən dəqiq söyləmək çətindir. Çünki İngiltərə və Fransa komandaları bizim üçün çox ciddi rəqiblərdi.

- 35 yaşlı Şevçenkonun Ukrayna milisinə köməyi dəyəcəyinə inananlar az idi. Lakin dünən biz bunun əksini gördük. Necə düşünürsünüz, o ,növbəti qarşılaşmalarda da öz sözünü deyə biləcək?

- Şevçenko kimi təcrübəli futbolçuların millidə çıxış etməsi mütləq idi. Özünüz də şahidi oldunuz ki, Ukrayna millisinin 3-4 real qol imkanından ikisini məhz Şevçenko dəyərləndirə bildi. Bəlkə də, onun yerinə başqa bir gənc istedadlı futbolçu olsaydı, bunun öhdəsindən gələ bilməyəcəkdi. Özüm də məəttəl qaldım ki, həmin mövqelərdən necə imkan taparaq qol vurdu.  Bunu elə etdi ki, nə müdafiəçiyə, nə də qapıçıya bir şans verdi. Belə qolları yalnız təcrübəyə malik olan Şevçenko kimi futbolçular vura bilərdilər. Bəli, Şevçenko meydanda çox hərəkət etməyib çox iş görməsə də, komandasının taleyini həll etdi.

- Dünən qələbədə pay sahibi olan digər bir futbolçu Konoplyanka barəsində nə düşünürsünüz?

- O, hazırda Ukraynanın ən perspektivli futbolçularından biri hesab edilir. Konoplyanka bir çox tanınmış futbol klubunun diqqətindədir. Bura İspaniya, İngiltərə və İtaliya klubları daxildilər. Bəli, Konoplyanka İsveçə qarşı oyunda çox iş gördü. Rəqibin futbolçularını keçərək təhlükəli ötürmələr edirdi. Elə Şevçenkoya qol ötürməsinin birini də Konoplyanka verdi.

- Sizcə, Ukraynanın qrupdan çıxmaq şansları nə dərəcədədir?

- Bir söz deyə bilərəm ki, bu qələbə hələ heç-nə demək deyil. Ona görə ki, Fransa və İngiltərə kimi yığmaların bu mundialda finala getmək şansı daha çoxdur.

- Əgər, Ukrayna qrupdan çıxa bilsə, ən azı yarımfinala qədər irəlləyə biləcəyini zənn etmək olar?

- Ukraynanın şansı odur ki, onu iddialılar sırasında görmürlər.  Bu isə futbolda çox böyük amillərdən hesab olunur. Yadınıza Yunanıstan komandasını salsanız, görəcəksiniz ki, onları da 2004-cü ildə ciddiyə almırdılar. Lakin nəticədə məhz yunanlar  Avropa çempionluğunu qazandılar. Ancaq hər şeyə real baxsaq, Ukraynanın yarımfinal və finala adlaması inandırıcı görünmür.

- Bəs, həmvətənlərinizin qrupdakı ən ciddi rəqibləri olan Fransa və İngiltərənin çıxışlarını necə dəyərləndirərdiniz?

- İngilislərdən çox fransızların oyunu xoşuma gəldi. Bəlkə də Runinin yoxluğu komandanın hücumda dişsiz görünməsiylə nəticələndi. Hər halda Runi üçüncü turda komandaya qoşulacaq. Ondan sonra ingilislərin çıxışında dəyişiklik ola bilər. Fikrimcə, fransızlar daha çox irəliyə gedə bilərlər.

- Bəs, hansı komandanı çempionatı fovariti hesab edirsiniz?

- Hər kəs İspaniya və Almaniyadan danışır. Mən isə Xorvatiyanı fovarit görürəm. Düşünürəm ki, onları hesabdan silmək hələ tezdir.


Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı