“Simurq” rəsmisi: “Bunlar hamısı yalan söhbətlərdi”

“Simurq” rəsmisi: “Bunlar hamısı yalan söhbətlərdi”
XƏBƏR 12 İyun 2012 / 17:20 1505
-  A +

“Rasim Ramaldanovla ilkin razılığa gəlmişik və o, komandada qalır”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Simurq”un icraçı direktoru Vaqif Əliyev deyib. O, komandanın kapitanı Rasim Ramaldanovun “Sibir”ə keçəcəyinə dair yayılan xəbərlərin həqiqətəuyğun olmadığını bildirib: “Bunlar hamısı yalan söhbətlərdi. Rasim heç yana getmir və komanda məşqlərə başlayanda düşərgəyə qoşulacaq”.
 
Klub rəsmisi hələ ki, heyətdə hər hansı bir yeniliyin də olmadığını bildirdi.

Qeyd edək ki, hazırda Rusiya çempionatının I Divizionunda mübarizə aparan və qarşısına Premyer Liqaya çıxmaq vəzifəsi qoyan “Sibir”ə “Simurq”un sabiq baş məşqçisi Serqey Yuran rəhbərlik edir. Zaqatala klubunun sabiq hücumçusu Robertas Poşkus da bu klubun şərəfini qoruyur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki