Futbol Ukraynanın bütün prezidentlərini birləşdirdi

Futbol Ukraynanın bütün prezidentlərini birləşdirdi
AVRO-2012 12 İyun 2012 / 13:50 2696
-  A +

Ukrayna milli komandasının İsveç yığmasına qarşı keçirdiyi 2012-ci il Avropa çempionatının oyununu ölkəni indiyə qədər idarə edən bütün 4 prezidenti VİP-lojadan izləyib. Hazırkı prezident Viktor Yanukoviç birinci cərgədə UEFA prezidenti Mişel Platini və Ukrayna Futbol Federasiyasının prezidenti Georgi Surkislə yanaşı əyləşib.

Sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko oyuna ikinci cərgədən baxıblar. Oyunda həmçinin Ukrayna Olimpiya Komitəsinin prezidenti, 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibi Sergey Bubka ilə UEFA-nın sabiq prezidenti Lennart Yuhansson da iştirak edib.

Qeyd edək ki, qarşılaşma Ukrayna millisinin qələbəsi ilə yekunlaşıb – 2:1 (lent.az).


Son xəbərlər