Şevçenko tarixə keçdi

Şevçenko tarixə keçdi
AVRO-2012 12 İyun 2012 / 12:04 2904
-  A +

Ukrayna milli komandasının əfsanəvi futbolçusu Andrey Şevçenko Avropa çempionatları tarixinə adını yazdırıb.

Qol.Az-ın məlumatına görə, dünən İsveçlə keçirilən görüşdə 2 qola imza atan 35 yaşlı futbolçu Avropa çempionatları tarixində ən yaşlı ikinci qol müəllifi olub.

Bu mənada rekord göstərici isə Avstriya millisinin sabiq üzvü İvisa Vastiçə məxsusdu. 38 yaşlı futbolçu 2008-ci ildə keçirilən Avropa çempionatında Polşa millisinə qarşı oyunda komandasının bərabərlik qoluna imza atmışdı - 1:1. 

Qeyd edək ki, Şevçenko milli komandada ilk qolunu 1996-cı ildə Türkiyə yığmasının qapısından keçirib.


Son xəbərlər