"Bakı" hazırlığını itkilərlə davam etdirir

"Bakı" hazırlığını itkilərlə davam etdirir
XƏBƏR 12 İyun 2012 / 11:33 1278
-  A +

Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək "Bakı" klubu dünən keçirdiyi 2 məşqlə hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Novruz Əzimov bu barədə "Bakı" klubunun internet televiziyasına açıqlama verib.

"Hazırlıq plan üzrə gedir. Bəzi futbolçularımız obyektiv səbəblərdən hələ ki, komandaya qoşulmayıblar. Uinston Parks, İbrahim Karqbo və Koke xaricində digər futbolçular plan üzrə hazırlıqlarını davam etdirirlər.

Ayın 17-nə qədər öz təlim-məşq bazamızda gündə 2 dəfə olmaqla məşq keçirik. İyunun 18-dən Sloveniyaya yola düşərək, orada 12 günlük təlim-məşq toplanışında olacağıq".


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı