UEFA prezidentindən yerlibazlıq və ayrıseçkilik

UEFA prezidentindən yerlibazlıq və ayrıseçkilik
AVRO-2012 12 İyun 2012 / 02:51 2670
-  A +

Futbol üzrə 2012-ci il Avropa çempionatında ikinci turun ilk 4 oyununa hakim təyinatları açıqlanıb.

Fransalı referi Stefan Lannua çempionatda ikinci matçını idarə edəcək.

UEFA prezidenti Mişel Platininin həmyerlisinə A qrupunun Yunanıstan – Çexiya matçı tapşırılıb. Oyun iyunun 12-də Polşanın Vrotslav şəhərindəki “Meyski” stadionunda baş tutacaq. Lannua daha öncə ilk turun Almaniya – Portuqaliya (1:0) görüşünü idarə edib.

Daha 3 referi isə qitə birinciliyində ilk dəfə təyinat alıb. Almaniyalı Volfqanq Ştark Rusiya – Polşa qarşılaşmasının baş hakimi olacaq. Prinsipial oyun Polşanın paytaxtı Varşavadakı Milli stadionda keçiriləcək. 42 yaşlı referi 2010-2011-ci il mövsümündə Çempionlar Liqasının (ÇL) yarımfinalında İspaniyanın “Real Madrid” və “Barselona” komandaları arasındakı qarşılaşmada fit çalıb.

B qrupuna gəldikdə, isveçli Yonas Eriksson Almaniya – Hollandiya matçının baş hakimi olacaq. Oyun iyunun 12-də Ukraynanın paytaxtı Xarkovdakı “Metallist” stadionunda keçiriləcək. Həmin gün Lvov şəhərindəki eyniadlı arenada baş tutacaq Danimarka – Portuqaliya matçı isə şotlandiyalı referi Kreyq Tomsona həvalə edilib.

Qeyd edək ki, Avropa çempionatı üçün açıqlanan 12 baş hakimdən ÇL-in finalını idarə etmiş portuqaliyalı Pedru Proensa hələ təyinat verilməyib.


Xəbər: Lent.az

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı