Ra­min Mu­sa­yev: «Xəzər-Lənkəran»da fakt var­sa, or­ta­ya qoy­sun»

ÖLKƏ FUTBOLU 1 Dekabr 2008 / 15:45 3884
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «Xəzər-Lənkəran»ın «Simurq»la oyunun nəticəsinin ləğv olunmasıyla bağlı quruma ünvanladığı müraciətə dair Qol.Az-a müsahibə verib.

- "Xəzər-Lənkəran"ın şikayətinə münasibətiniz necədir?

- Lənkəran klubunun şikayət məktubu ilə tanış olduqdan sonra "Simurq" - "Xəzər-Lənkəran" qarşılaşmasının videoyazısına baxmışam. Tələb olunurdu ki, oyunun nəticəsi ləğv olunsun. Qəti şəkildə bildirirəm ki, "Xəzər-Lənkəran"ın bu tələbinin heç bir əsası yoxdur.

- Ancaq qarşı tərəfin rəhbərliyi hakimin ciddi, oyunun nəticəsinə təsir edəcək səhvlərə yol verdiyini iddia edərək, AFFA-nın Hakimlər Komitəsinin Zöhrab Qədiyevə yüksək qiymət verməsinə qarşı çıxıb.

- Qeyd olunan məqamlarla bağlı hakimin heç bir səhvi yoxdur.

- Eşitdiyimizə görə, Lənkəran klubunun rəhbərliyi ilə görüşünüz nəzərdə tutulurdu. Bu, baş tutdumu?

- Gözləyirəm, gəlməlidirlər. Mübahisəli məqamlarla bağlı epizodlara bir yerdə baxacağıq.

- "Xəzər-Lənkəran"ın prezidenti Mais Mənsimov bildirib ki, Zöhrab Qədiyevin nələr etməsilə bağlı faktları var. Siz buna inanırsınız?

- İstər inanmıram, istərsə də inanıram deyim, hər iki halda düzgün çıxmayacaq. Kimdə nə fakt varsa, ortaya qoysun: nəinki Zöhrab Qədiyev, digər hakimlər barədə, hətta mənim haqqımda da.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"