"Qarabağ"ın futbolçusu Belçikada

"Qarabağ"ın futbolçusu Belçikada
XƏBƏR 11 İyun 2012 / 21:05 3266
-  A +

"Qarabağ" klubunun sabiq futbolçusu Nderim Necipi karyerasını Belçika çempionatında davam etdirəcək.

Bu barədə Qol.Az-a futbolçunun özü məlumat verib.

Makedoniyalı futbolçu Belçikanın yüksək liqasına vəsiqə qazanmış "Vaasland Beveren" klubu ilə danışıqlar apardığını bildirib: "Hazırda "Vaasland Beveren" klubu ilə danışıqlar aparıram. Ola bilsin ki, həftəsonu bu komanda ilə rəsmi müqavilə imzaladım".

Qeyd edək ki, Necipi 2010-cu ildə "Qarabağ" klubuna transfer olunmuşdu.


Son xəbərlər