"İnter"in prezidentindən Ruslan Əmircanov açıqlaması

"İnter"in prezidentindən Ruslan Əmircanov açıqlaması
XƏBƏR 11 İyun 2012 / 18:10 2518
-  A +

“Gizlətməyəcəm, Ruslan Əmircanov maraq dairəmizdə olan futbolçudur və onu heyətimizdə görmək istəyirik. Ancaq onunla müqavilə bağlamamışıq”.

Bu sözləri Qol.Az-a açıqlamasında “İnter”in prezidenti Georgi Nikolov deyib. Klub prezidenti hər şeyə yaxın günlərdə aydınlıq gələcəyini bildirib: “Danışıq olub amma, müqavilə bağlanmayıb. Yaxın günlərdə hər şey dəqiqləşəcək. Əgər müqavilə bağlansa, rəsmən açıqlanacaq və hər kəs də biləcək”.

Qeyd edək ki, son mövsümü "Neftçi"də keçirən Ruslan Əmircanovla “Xəzər Lənkəran”da maraqlanır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın