"Xəzər Lənkəran" iki futbolçunu geri göndərdi (FOTOLAR)

XƏBƏR 11 İyun 2012 / 17:36 3112
-  A +

Avstriyanın Kirxdorf qəsəbəsində təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu məşqlərini gündə iki dəfə olmaqla davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, düşərgədə baxışda olan iki futbolçu haqqında məlumat vermişdik ki, hər iki futbolçu - yaponiyali Saito Yosuke və holland Yason Oost məşqçilər korpusunun etimadını qazana bilməyərək geri göndəriliblər.
 
Dünən isə "Xəzər Lənkəran”ın Buxarestin "Dinamo" klubundan transfer etdiyi Adrian Manuel Skarlatake komandaya qoşularaq bu gün səhər məşqində də iştirak edib.
 
Hazırda komandada yüksək ab-hava hökm sürür. Zədəli futbolçunun olmaması da məşqçilər korpusunu sevindirən məqamlardandır.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər