“Şəfa” stadionunun qazonu təbii olmayacaq”

“Şəfa” stadionunun qazonu təbii olmayacaq”
XƏBƏR 11 İyun 2012 / 16:55 1779
-  A +

“Şəfa” stadionunun qazonu təbii olmayacaq. Bu haqda artıq qərar verilib”.

Bu məlumatı Qol.Az-a açıqlamasında “İnter”in prezidenti Georgi Nikolov deyib. Onun sözlərinə görə, yeni, süni örtüklü qazon artıq sifariş verilib və Bakıya gətirilir: “Hazırkı qazon dəyişdiriləcək. Amma, yeni qazon da süni olacaq. Artıq sifariş verilən həmin örtük Gürcüstanda, Poti limanındadır və tezliklə Bakıya gətiriləcək”

Qeyd edək ki, sentyabrda Bakıda keçiriləcək 17 yaşadək qızlardan ibarət Avropa çempionatının final mərhələsi ilə əlaqədar “Şəfa”nın süni örtüyünün təbii ilə əvəzlənəcəyi ehtimal olunurdu.


Son xəbərlər