"Bakı" boliviyalı futbolçunun transferini rəsmiləşdirdi

"Bakı" boliviyalı futbolçunun transferini rəsmiləşdirdi
XƏBƏR 11 İyun 2012 / 16:45 2070
-  A +

"Bakı" klubu yeni futbolçusu Edemir Rodrigesin transferini rəsmiləşdirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Boliviya milli komandasının şərəfini qoruyan 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Rodriges 1984-cü ilin 21 oktyabr tarixində anadan olub. 2004-cü ildən etibarən Boliviyanın "Real Potisi" və "Bolivar" klublarında çıxış edib.  Boyu 175 sm, çəkisi 69 kiloqramdır. Boliviya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.

Edemir Rodriges bu gün komandanın səhər məşqinə qatılıb.


Son xəbərlər