AZAL baxışa 47 futbolçu çağırdı

AZAL baxışa 47 futbolçu çağırdı
XƏBƏR 11 İyun 2012 / 16:11 2105
-  A +

“Artıq bu gündən AZAL komandasına baxış üçün müxtəlif futbolçular təşrif buyurublar. Baxışa gələn futbolçuların ümumi sayı 47 nəfərdir. Onların arasında əcnəbilərin sayı cəmi 11 nəfər təşkil edir”.

Qol.Az saytına açıqlamasında bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

V.Sadıqov bildirib ki, məşqlərdə iştirak edən futbolçulardan 10 nəfəri əvəzedici heyətin üzvləridir: “Digər futbolçuların çoxu ayrı-ayrı komandaların futbolçularıdır. Hansı ki, özlərini sınamaq istəyirdilər. Bu futbolçular “Neftçala”, “Karvan” və “Şahdağ” klublarından baxışa gəliblər. Sabah ikitərəfli oyunda hər bir futbolçuya ən azı bir hissə oynamaq imkanı yaradacağam. Bundan sonra futbolçulardan 50 faizi göndəriləcək. Saat yarım məşqdən sonra hər hansı futbolçuları bəyəndiyimi söyləmək çətindir. Sabah dəqiq fikir söyləmək olar. İyunun 16-da da “Bakı”yla yoxlama görüşü keçirmək nəzərdə tutulub. Bu oyundan sonra futbolçuların bir çoxları haqda yekun qərar verə biləcəyik”.

Qeyd edək ki, baxışdakı əcnəbi futbolçular Gürcüstan, Çexiya, Serbiya və Ukraynadandır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı