Bakıda Real Aikido üzrə beynəlxalq seminar keçiriləcək

Bakıda Real Aikido üzrə beynəlxalq seminar keçiriləcək
XƏBƏR 11 İyun 2012 / 16:12 2783
-  A +

İyun ayının 13-14 tarixlərində Bakıda Real Aikido üzrə 9-cu beynəlxalq seminar keçiriləcək.

Qol.Az saytının məlumatına görə, seminar Dünya Real Aikido Mərkəzinin (World Centre of Real Aikido – www.wcra.rs) rəhbəri 10-cu “DAN” qara kəmər ustası Lyubomir Vraçareviçin, həmçinin onun assistentləri 5-ci “DAN” qara kəmər ustası Sanya Vraçareviç və 4-cü “DAN” qara kəmər ustası İqor Petroviç iştirakı ilə keçiriləcək.

Seminarın ilk günü fəndlər üzərində məşqlər keçiriləcək. Növbəti gün isə aikidoçularımız daha yüksək kəmərlər əldə etmək üçün imtahan verəcəklər.

Tədbir hər il olduğu kimi Real Aikidonun Qafqaz regionu üzrə təmsilçisi, 6-cı “DAN” qara kəmər ustası Cahangir Əliyevin təşkilatçılığı ilə keçirilir.

Seminara Gürcüstan, İran və Rusiya Federasiyasından (Dağıstan, Orenburq) nümayəndələr də dəvət olunublar.

Tədbir Olimpiya Ehtiyat Məktəbində keçiriləcək.

 

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı