“Qəbələ”nin baş meneceri: “Doroşevsə təzminat ödəməyəcəyik”

“Qəbələ”nin baş meneceri: “Doroşevsə təzminat ödəməyəcəyik”
GÜNDƏM 11 İyun 2012 / 14:50 1826
-  A +

“Doroşevslə görüşüb məsələni həll etməyə çalışacağıq. Ona heç bir təzminat  ödəməyəcəyik”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
 
O, sabiq qapıçıları Pavels Doroşevsin onlardan təzminat  tələb etməsini düzgün saymır: “Biz Doroşevsi transferə çıxarmışıq. Təzminat nəyə görə ödəməliyik? UEFA-ya şikayət üçün də tutarlı səbəb yoxdur.  Yenə deyirəm, danışıb məsələni həll etməyə çalışacağıq. Əgər razılıq əldə olunmasa, komandada saxlayacağıq və göndərəcəyik əvəzedici komandaya”.

Daha çox


Son xəbərlər