Mourinyo İspaniya millisini tənqid etdi

Mourinyo İspaniya millisini tənqid etdi
AVRO-2012 11 İyun 2012 / 14:11 2872
-  A +

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo dünən İspaniya və İtaliya milli komandaları arasında keçirilən “Avro-2012”nin oyununu (1:1) şərh edib.

Qol.Az-ın “Al Jazeera”ya istinadən yaydığı xəbərə görə, o, Xavi, İnyesta və Fabreqas üçlüyünün oyununun effekt vermədiyini deyib: “Doğrudur, İspaniya millisinin orta xətti çox iş gördü. Amma komanda hücumda faydalı nəsə edə bilmədi. Rəqib qapısı qarşısında təhlükə demək olar ki, yox idi”.

İtaliya millisinə gəlincə, Mourinyo bildirib ki, bu komanda “Avro-2012”də uzun məsafə qət edə bilər.

“İspaniya italiyalı Pirlonu saxlaya bilmədi. O, rəqibə çox problem yaratdı. Bundan başqa, onu da söyləyə bilərəm ki, de Rossi bu gün İtaliya millisinin ən yaxşı oyunçularından biridir” – deyə Mourinyo qeyd edib.

 


Son xəbərlər