Azərbaycan premyer-liqasında çıxış edən ən bahalı futbolçular

Azərbaycan premyer-liqasında çıxış edən ən bahalı futbolçular
ÖLKƏ FUTBOLU 29 Aprel 2009 / 14:59 3712
-  A +

Almaniyanın “transfermarket” portalı dünən futbolçuların son transfer qiymətlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, bu siyahıda Azərbaycan premyer-liqasında çıxış edən futbolçuların da transfer qiymətləri yer alıb. Lakin qiymətlər arasında bəzi futbolçuların dəyərləri həddindən artıq çox göstərilib. “Transfermarket” portalına inansaq, Azərbaycan premyer-liqasında çıxış edən, “Xəzər-Lənkəran”ın şərəfini qoruyan Klaudio Radukanunun transfer qiyməti 1,5 milyon avrodur. “Neftçi”dən Suat Ustayla “Qarabağ”dan Admir Telinin dəyəri 1 milyon avrodur. “Xəzər-Lənkəran”da çıxış edən daha 3 futbolçu - Devran Ayhan, Ahmet Dursun və İvan Svetkovun, eləcə də “Neftçi”nin və milli komandamızın üzvü Rail Məlikovun transfer qiyməti 900 min avrodur. “Bakı”dan Batistayla, “Neftçi”dən Marian Aliutanın qiymətləri 800 min avroya bərabərdir.
Azərbaycan premyer-liqaında çıxış edən və adları “Transfermarket” portalında yer alan futbolçuların və onların transfer qiymətləri aşağıdakı kimidir:

“BAKI”: 9 futbolçu = 3 milyon 25 min avro
Marko Şarliya         150 min avro
Saşa Yunusoğlu    350 min avro
Aleksandr Tamaş  425 min avro
Dejan Brankoviç    150 min avro
Vadim Borets          200 min avro
Fabio Luis Ramim 200 min avro
Ernad Skuliç           250 min avro
Draqan Naçevski   500 min avro
Vilyam Batista        800 min avro

“QARABAĞ” 5 futbolçu = 2 milyon 550 min avro
Fərhad Vəliyev              800 min avro
Admir Teli                      1 milyon avro
Artim Şakiri                    500 min avro
Zəkəriyyə Ramadani   100 min avro
Vaqif Cavadov              150 min avro

“KARVAN”: 2 futbolçu = 200 min avro
Emo                    50 min avro
Anatoli Doroş    150 min avro

“XƏZƏR-LƏNKƏRAN”: 10 futbolçu = 5 milyon 600 min avro
Dmitri Kramarenko  100 min avro
Kamran Ağayev       450 min avro
Fatih Sonkaya          500 min avro
Göksəl Akıncı           700 min avro
Andrius Veykutis     100 min avro
Ceyhun Sultanov     200 min avro
Devra Ayhan            900 min avro
Ahmet Dursun          900 min avro
İvan Svetkov             900 min avro
Ramulo Silvano        50 min avro
Klaudio Radukanu   1.5 milyon avro

“İNTER”: 11 futbolçu = 3 milyon 20 min avro
Raymundo Vilson      700 min avro
Svilen Semyonov      200 min avro
Milan Zaqorats           70 min avro
Samir Abbasov          400 min avro
İvan Testemianu        200 min avro
Andrey Rubins           450 min avro
Cavid Hüseynov        200 min avro
Elvin Məmmədov      200 min avro
Xaqani Məmmədov  100 min avro
Tadas Labukas          450 min avro
Valter Quqlemon       50 min avro

“OLIMPIK”: 4 futbolçu = 1 milyon 50 min avro
Rauf Mehdiyev       350 min avro
Usim Nduka            200 min avro
Roman Axalkatsi   350 min avro
Aqil Nəbiyev          150 min avro
 

“NEFTÇI”: 17 futbolçu = 6 milyon 650 min avro
Tomaş Babel                    550 min avro
Vladimir Miçoviç               50 min avro
Vladimir Olifer                   200 min avro
Jozef Kendrik                    200 min avro
Suat Usta                          1 milyon avro
Con Tamburas                  50 min avro
Dmitri Kruqlov                   350 min avro
Rail Məlikov                       900 min avro
Marian Aliuta                     800 min avro
Elmar Baxşıyev                 200 min avro
Aleksandr Çertoqanov*   550 min avro
Zaur Tağızadə                   400 min avro
Nazar Bayramov               50 min avro
Ali Cansun                         500 min avro
Atem Nyaqa                      500 min avro
Samir Əliyev                     150 min avro
Valentin Atem                   200 min avro

“Simurq”: 1 futbolçu = 50 min avro
Mixaylo Storastyak    50 min avro

“Standard”: 3 futbolçu = 575 min avro
Hüseyn Məhəmmədov  25 min avro
Levan Silaqadze             50 min avro
Alan Kusov                       500 min avro

* Aleksandr Çertoqanovun müqaviləsi “Neftçi”yə məxsusdur. O “Simurq”da icarə əsasında çıxış edir.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı