Mais Mənsimov: ««Bizdə Zöhrab Qədiyevin nələr etməsilə bağlı faktlar var»

Mais Mənsimov: ««Bizdə Zöhrab Qədiyevin nələr etməsilə bağlı faktlar var»
XƏBƏR 1 Dekabr 2008 / 14:49 4673
-  A +

«Xəzər-Lənkəran» klubunun prezidenti Mais Mənsimov AFFA-nın Hakimlər Komitəsinin referi Zöhrab Qədiyevin fəaliyyətinə yüksək qiymət verməsinə etiraz edib. Qol.Az-ın əməkdaşıyla söhbətində M.Mənsimov «Simurq» - «Xəzər-Lənkəran» matçında Z.Qədiyevin oyunun nəticəsinə birbaşa təsir edən kobud səhvlərə yol verdiyini, bununla bağlı bu gün Peşəkar Futbol Liqasına müraciət etdiklərini xatırladıb. «Bizdə Zöhrab Qədiyevin nələr etməsilə bağlı faktlar var» - deyən M.Mənsimov adıçəkilən referinin yüksək qiymət almasına qarşı çıxdıqlarını vurğulayıb: «Biz onun tezliklə cəzalanmasına nail olacağıq».
M.Mənsimov bildirib ki, «Xəzər-Lənkəran» futbol klubu qərəzli hakimlərə qarşı amansız mübarizə aparacaq.

 

 


Son xəbərlər