Juninyo sıradan çıxdı

XƏBƏR 29 Aprel 2009 / 13:28 2124
-  A +

Azərbaycan premyer-liqasının “İnter”lə keçirilən son tur matçında zədələnən “Xəzər-Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Juninyo  komandanın məşqlərində iştirak edə bilmir. Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Tural Əsgərovun Qol.Az-a verdiyi məlumata görə, futbolçunun ayağında olan ağrılar ona məşq etməyə imkan vermir. Böyük ehtimalla o, həftəsonu Lənkəranda “Qəbələ”yə qarşı oynanılacaq növbəti tur matçında komandasına kömək edə bilməyəcək.


Son xəbərlər