"İnter" - "Qarabağ" finalına doğru

ÖLKƏ FUTBOLU 29 Aprel 2009 / 19:50 3563
-  A +

Qol.Az saytı bu gün saat 16:00-dan etibarən Azərbaycan kubokunun ½ final mərhələsinin ilk oyunlarından canlı mətn-reportaj yayımladı.


“Bakı” - “Qarabağ” 1:2
T.Bəhramov adına Respublika stadionu 
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Vaqif Musayev, Fariz Yusifov
QOLLAR: Elnur Allahverdiyev (58), Vaqif Cavadov (67), Fabio Luis Ramim (90)    


Oyun başa çatdı.
90. QOLL. Ramim hesab arasındakı fərqi minimuma endirdi.  
89. "Qarabağ"da Zaur Ramazanovu Rauf Əliyev əvəzləyir.
87. "Bakı" hesab arasındakı fərqi azaltmağa yaxın idi. Lakin Savinov boş qapını dəqiq nişan ala bilmədi. Moldovalı müdafiəçinin zərbəsi qapının üstündən keçdi.  
84. "Qarabağ"da Vaqif Cavadovu Sedat Sahini əvəzləyir. 
82. Ticaninin zərbəsi qapının üstündən keçdi.
 
79. Haciyevski meydana daha bir hücumçu buraxır. Fernando Peres Aleksandr Tamaşı əvəzləyir.
78. Zaur Ramazanovun zərbəsini Şarliya qaytara bildi.
75. Emin İmaməliyevin zərbəsi təhlükəli alınır.
74. "Bakı"da daha bir əvəzetmə. Amiran Mucirinin əvəzinə meydana həmyerlisi Georgi Adamiya daxil olur.

69. "Qarabağ"ın heyətində oyunçu dəyişikliyi. Aslan Kərimovu Artim Şakiri əvəzləyir.
67. QOL. "Qarabağ" ikinci qolu vurdu. Vaqif Cavadov fərqləndi.
62. Haciyevski ilk oyunçu dəyişikliyindən istifadə edir. Batistanı Naçevski əvəzləyir.
61. Emin İmaməliyev əllə oyuna görə sarı vərəqəylə cəzalanır.

59. "Bakı" daha bir zərbə aldı. Qapısında qol görən "zolaqlılar" indi də meydanda azlıqda qaldı. Elvin Əliyev ikinci sarı vərəqə və avtomotik qrımızı vərəqə alaraq.meydandan kənarlaşdırıldı. 
58. QOL. Elnur Allahverdiyev hesabı açdı.
56. Zaur Ramazanovun uzaqdan qapıya endirdiyi zərbə qeyri-dəqiq alındı.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı. 
35. Ramimin zərbəsi qapının üstündən keçdi.  
30. "Qarabağ"ın müdafiə xətti hələ ki "Bakı"ya sevinmək imkanı vermir.
25. Amiran Mucirinin zərbəsi qapıdan aralı keçdi.
19. "Bakı"dan Əhməd Ticaninin zərbəsini "Qarabağ"ın qapıçısı asanlıqla dəf edir.
17. Qarşılaşma çox sönük keçir. Bu dəqiqələrdə oyunun tempi çox aşağıdır.
11. Qapılar qarşısında qol epizodu hələ yaranmayıb. "Bakı" rəqibinə nisbətən bir qədər fəaldır.
6. "Qarabağ"dan Elnur Allahverdiyev simulyasiyaya görə sarı vərəqəylə cəzalanır.
3. Oyun sakit tempdə başlayıb. Komandalar ilk dəqiqələrdən hücuma atılmağa tələsmirlər.
Oyun başladı.
                                     ***
Komandaların heyətləri:
"BAKI": 1
.Marko Şarliya, 4.Vadim Borets, 7.Mahmud Qurbanov(K), 10.Amiran Muciri, 14.Elvin Əliyev, 19.Əhməd Ticani, 20.Fabio Luis Ramim, 21.Aleksandar Tomaş, 30.Vilyam Roşa Batista, 32.Aleksey Savinov, 33.Saşa Yunisoğlu
Ehtiyat oyunçular:
23.Xalidu Sissoko, 3.Rafael Əmirbəyov, 5.Stanislav Baçev, 11.Dragan Naçevski, 12.Fernando Peres, 27.Bəxtiyar Soltanov, 55.Georgi Adamiya
Baş məşqçi:
Coko Haciyevski 
"
QARABAĞ": 1.Fərhad Vəliyev, 2.Elnur Allahverdiyev, 3.Aftandil Hacıyev, 6.Rəşad Sadiqov, 8.Aslan Kərimov, 14.Namiq Yusifov, 15.Ayxan Abbasov, 18.Zaur Ramazanov, 19.Emin İmaməliyev, 20.Vaqif Cavadov, 24.Admir Teli
Ehtiyat oyunçular: 12.Sahil Kərimov, 4.Azər Məmmədov, 10.Artim Şakiri, 11.Rauf Əliyev, 13.Zekiriya Ramazani, 17.Sedat Saini, 22.Nidal Ferhatoviç
Baş məşqçi:
Qurban Qurbanov



“İnter” - “Qəbələ” 5:0
“Şəfa” stadionu
Hakimlər:
Elçin Məmmədov, Mehman Mahmudov, Azər Məmmədov, Vüsal Əliyev
QOLLAR: Valter Quqlemon (6, 12-penaltidən), Petar Zlatinov (8), Daniello Assioli (62), İon Testimitsianu (76)


Oyun başa çatdı.
81. Oyunda son əvəzetmə olur. "İnter"dən Valter Quqlemonu Pinto əvəzləyir.
79. Qapısında 5 qol görməsi azmış kimi, "Qəbələ" indi də azlıqda qaldı. Anar Qasımov rəqibin ayağına bilərəkdən zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alır. 
76. QOL. Testimitsianu hesabı biabırçı həddə çatdırdı.
73. Testimitsianu meydana daxil olan kimi sarı vərəqəylə cəzalanır.
70. "İnter"in heyətində daha bir dəyişiklik. Petar Zlatinovu İon Testimitsianu əvəzləyir.  
67. "İnter"in heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Elvin Məmmədov oyunu tərk edir, onun əvəzinə Adriano Da Silva meydana daxil oldu.  
62. QOL. 4:0. Assioli hesab arasındakı fərqi bir qədər də artırdı. Assioli müdafiəçilərin və qapıçının səhvindən sonra topu boş qapıya göndərdi.
60. "Qəbələ"dən Anatoli Ostap sarı vərəqəylə cəzalanır. 
50. "Qəbələ"nin heyətində sonuncu oyunçu dəyişikliyi baş verir. Anar Qasımov Fərzad Hatəminin əvəzinə oyuna daxil olur.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. "Qəbələ"nin heyətində daha bir dəyişiklik. Mikayıl Namazovu Məkan Nəsirov əvəzləyir.
40. "Qəbələ"nin kapitanı Kənan Kərimov qaydalar çərçivəsində qol vursa da, hakim əvvəlcə tərəddüd etdi, sonra isə qolu hesaba almadı. Bu epizodda narazılıq edən "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov tribunaya göndərildi.  
28. "İnter" dördüncü qolu vurmağa çox yaxın idi. Lakin Kolisniçenko yüz faizli epizodda topu düz qapıçının üstünə vurdu.
25. Oyunun bu cür başlanacağını gözləməyən "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov artıq ilk oyunçu dəyişikliyindən istifadə edir. O Samir Zərgərovu Tornike Aptsiauriylə əvəzləyir.
24. "Qəbələ"nin daha bir futbolçusu sarı vərəqəylə cəzalanır. Samir Zərgərov rəqib futbolçuya qarşı kobud oynadı.
20. Oyunda ilk sarı vərəqə qonaqlardan Viktor Oboyonkinə göstərilir. O hakimin qərarına etiraz edirdi.
17. "Qəbələ"dən Qoqa Berayanın cərimə zərbəsini "İnter"in qapıçısı çətinliklə dəf etdi.  
13. "Qəbələ"nin futbolçuları özlərini itiriblər. Yəqin ki, heç kim bu cür başlanğıc gözləmirdi. 12 dəqiqəyə 3 qol. Fantastika.
12. QOLL. Quqlemon dublunu rəsmiləşdirdi. "Qəbələ"nin müdafiəçiləri cərimə meydançası daxilində Kolisniçenkoya qarşı kobud oynadılar. Hakim penalti nöqtəsini göstərdi. Uruqvaylı futbolçu şansını qaçırmadı. 
8. QOLL. Petar Zlatinov fərqləndi. Bolqar futbolçu müdafiəçiləri və qapıçını aldadaraq, topu boş qapıya göndərdi.
6. QOLL. Quqlemon hesabı açdı. Sol cinahdan ötürülən topu Cavid Hüseynov başla qapıya göndərdi. "Qəbələ"nin qapıçısı inanılmaz reaksiya ilə topu qaytara bilsə də, Quqlemon təkrar zərbə ilə topu tora qovuşdurdu.
Oyun başladı.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı