“Xəzər-Lənkəran” Kamran Ağayevlə prinsipial razılaşma əldə etdi

“Xəzər-Lənkəran” Kamran Ağayevlə prinsipial razılaşma əldə etdi
ÖLKƏ FUTBOLU 29 Aprel 2009 / 12:29 2428
-  A +

Bu yaxınlarda Türkiyədə belindən əməliyat olunan Azərbaycan millisinin qapıçısı Kamran Ağayev “Xəzər-Lənkəran”la yeni müqavilə imzalayacaq. Türkiyə səfərindən öncə tərəflər arasında yaranmış narazılıq buzları artıq əriyib. Xəbəri Qol.Az-a Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov verib. Əsgərov rəsmi müqavilə imzalanmasa da, Kamranla prinsipial razılaşma əldə olunduğunu dedi: “Kamran Ağayev “Xəzər-Lənkəran”ın futbolçusudur və belə olaraq da qalacaq. Onunla yeni müqavilə imzalayacağıq. Düzdür, indiki halda müqavilənin detallarını və neçə illik olacağını konkret sizə deyə bilmərəm. Çünki hələlik yalnız prinsipial razılaşma əldə olunub. Tezliklə rəsmi müqavilə də bağlanacaq. Bilirsiniz ki, o, Türkiyədən yeni qayıldıb və hazırda müalicə olunur. Tam hazır olduqdan sonra komandanın məşqlərinə qatılacaq. Bir sözlə, Kamran növbəti mövsümdə də “Xəzər-Lənkəran”ın şərəfini qoruyacaq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı